İyun 09, 2025 13:34 Asia/Baku

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq, sionist İsrail rejimindən çoxlu sayda strateji və məxfi sənədlərin ələ keçirildiyini bildirməklə düşməni çıxılmaz vəziyyətə salıb.

Bildirilir ki, İran kəşfiyyatı yüksək səviyyəli hərbi komandirlərin və Mossad təhlükəsizlik zabitlərinin bütün təhlükəsizlik məlumatlarını ələ keçirmişdir. Rejimin nüvə planları və obyektləri ilə bağlı minlərlə sənəd də onların arasındadır.

Əl-Məyadin kanalı bu barədə yazır: "İranın kəşfiyyat aparatının nüvə layihələri və obyektləri də daxil olmaqla sionist rejimin çoxlu sayda strateji və həssas məlumat və sənədlərini əldə edə bilməsinin ağır nəticələri olacaq və bu mühüm hadisə hətta Mossad rəhbərinin kənarlaşdırılması ilə nəticələnə bilər”.

Maraqlıdır ki, qondarma rejim hələ hansı sirləri itirdiyini bilmir və İranın bu sənədlərdən nələri ifşa edəcəyini gözləyir. Ona görə də qarşıdakı həftələr sürprizlərlə dolu olacaq.

Bəzi təhlillərə görə, İran sionist rejimin təkcə nüvə proqramı deyil, həm də bu rejimin bölgədəki digər layihələri ilə bağlı sənədləri də əldə etmiş ola bilər. Bu isə o deməkdir ki, İran açıq bir mesaj verir ki, onun ixtiyarında olan güc alətləri düşmənlərinin düşündüyündən daha çoxdur.

Analitiklər hesab edirlər ki, bu sözü gedən sənədləri əldə etmək İranın müdafiə sahəsində növbəti qəti addımları və hətta təhlükəsizlik təzyiqləri üçün əsas ola bilər. Xüsusilə də ona görə ki, İran ələ keçirdiyi sənədlər vasitəsilə İsrailin nüvə obyektləri, hərbi planları, kəşfiyyat strukturu, eləcə də əməliyyat şəbəkələri barədə ətraflı bilgi əldə edib. Bu da onu göstərir ki, İranın kəşfiyyat orqanları rəqiblərinin dərin strukturlarına nüfuz etmək gücündədir.

Digər tərəfdən İsrailin daxili təhlükəsizlik və müdafiə sisteminin sızdırılması onun etibarlılığına və psixoloji üstünlüyünə ciddi zərbə vurmuşdur. Bel ki, İran əldə etdiyi kəşfiyyat materialları vasitəsilə ölkənin nüvə proqramına münasibətdə İsrailin necə davrandığını öyrənərək bundan sonra öz strategiyasını daha mükəmməl şəkildə qurmağı bacaracaqdır.

Nəhayət İran kəşfiyyatının bu son uğuru İsrailin daxili böhranını dərinləşdirəcəkdir və bu məsələ İsraildə siyasi gərginlik yarada bilər.