İran Təhlükəsizlik Nazirliyindən mühüm məlumat
İran Təhlükəsizlik Nazirliyi sionist rejimdən ələ keçən sənədlər barədə məlumat təqdim edib. Bildirib ki: Sənədlərin diqqətəlayiq hissəsi İranın qüdrətli silahlı qüvvələrin istifadəsinə verilib. Onun bəzi hissələri də dost ölkələrlə mübadilə və ya anti-sionist təşkilatlara təqdim oluna bilər.
İran Təhlükəsizlik Nazirliyinin sionist rejimin sənədlərinin ötürülməsi barədə yaydığı məlumatda deyilir:
1- Əldə olunan sənədlər, məzmun baxımından, mövzu müxtəlifliyi ilə yanaşı, strateji, istifadə və elmi-tədqiqat dəyərlərinə malikdir.
2- Sənədlər cinayətkar sionist rejimin silah proqramlarının inkişaf etdirilməsində Amerikanın və bəzi Avropa ölkələrinin necə hami, həmkar və podratçı rolunu oynadıqları və oynamaqda olduqlarını açıq şəkildə bəyan edirlər. Lakin onlar yalandan ikili standartlarla İran İslam Respublikasını qeyri-sülhsevər yolda hərəkət etməkdə ittiham edirlər.
3- Əldə olunan ən maraqlı sənədlər, cinayətkar sionist rejimin İranın dincməqsədli nüvə proqramları əleyhinə bəzi beynəlxalq orqanlara verdiyi xeyli sayda yalan məlumatdır. Ondan daha maraqlısı isə, həmin orqanların məlumatları və iddialarında sözügedən rejimin riyakarcasına yalanlarının eynilə əks etdirilməsidir.
4- Sionist rejimin sənədlərinə əlçatanlıq metodları, eləcə də onların işğal olunmuş Fələstin ərazilərindən çıxarılma üslubları elə planlaşdırılıb, icra olunubdur ki, çoxiddialı rejimin çoxsaylı təhlükəsizlik maneələri və mürəkkəb təhlükəsizlik dəhlizləri tamamilə zərərsizləşiblər.