İyun 13, 2025 10:04 Asia/Baku

Sionist rejimin bu səhər İran İslam Respublikasına qarşı törətdiyi cinayətdən sonra İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei böyük İran xalqına yazılı mesajla müraciət edib.

Mesajın mətni belədir:

Bağışlayan və böyük Allahın adı ilə

Əzəmətli İran xalqı! 
Sionist rejim bu səhər sevimli ölkəmizə qarşı törətdiyi cinayətlə və öz çirkin və qanlı əlini yaşayış məntəqələrinə uzatmaqla hər zamankindən daha çox öz şər dolu zatını üzə çıxarıb. Rejim ağır cəza gözləməlidir.
İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli, Allahın izni ilə, onu buraxmayacaq.
Düşmən hücumları nəticəsində bir neçə komandir və elm xadimi şəhid olub. Onların davamçıları və həmkarları inşallah dərhal öz vəzifələrinə davam edəcəklər.
Sionist rejim bu cinayəti ilə özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq alacaq.

Seyyid Əli Xamenei