İyun 13, 2025 12:11 Asia/Baku
  • İranın Silahlı Qüvvələri bəyanat yaydı

İranın Silahlı Qüvvələri bəyanat yaydı

Bağışlayan Allahin adi ilə

İranın azad xalqı, qardaşlar və bacılarQaniçən və mənfur sionist rejimi İran İslam Respublikasının  hava sərhədlərini pozaraq, hücumuna başlamış və ölkəmizin bir neçə məntəqəsini bombardman etmişdir. Biz bu günədək müharibə cığırına qədəm qoymaq istəmirdik, lakin İranın Silahlı qüvvələri, İran İslam İnqilabi Keşikçilər Korpusu ilə yanaşı bu çirkin uşaq qatillərinin törətdiyi hücumu və həmvətənlərimizin axıdılan pak qanını yerdə qoymayaraq, onlara ağır cavab verəcək. Əziz xalqımız belə bir anda soyuqqanlı və mətanətli olmalı, bu mənfur rejim tərəfindən yayıla bilən hər növ şayiələrdən  uzaq durmalıdır. Həmçinin hərbi kazarmalara yaxınlaşmamalı və Əzim Rəhbərin yayımlanacaq fərmanı əsasında səfərbərlik vəzifələrinə riayət edə biləcəkləri anı gözləməlidir. İrəliyəyən dəqiqələrdə Silahlı Qüvvələr və İslam İnqılabı Keşikçiləri Korpusu hava hücümuna hazırlaşır.Nəticələr İran Xalqına çatdırılacaq.