İyun 15, 2025 18:35 Asia/Baku
  • İranın İsrailə raket hücumları ibrani mənbələrdə əks-səda doğurub

İran İslam Respublikasının bu gün səhər saatlarından etibarən işğal olunmuş ərazilərə raket hücumları ivrit dilli mediada geniş rezonans doğurub.

Sionist rejimin təcili yardım xidməti İranın Təl-Əviv və Hayfaya raket hücumu nəticəsində 5 nəfərin öldüyünü və onlarla insanın yaralandığını açıqlayıb.Beləki Hayfaya hücumda 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Təl-Əvivdə isə bir sionist qadın ölüb, 53 nəfər yaralanıb."Maariv” qəzeti Təl-Əvivdə altı məntəqəsinin İran raketləri ilə birbaşa vurulduğunu bildirib.Sionist rejimin dövlət radiosu isə İranın raketləri birbaşa və güclü şəkildə Təl-Əvivin böyük şəhərlərindən birində hündür binaya düşdüyünü bildirib.Sionist rejimin Kanal 14-ü də Tel-Əvivin cənubunda Rehovotda 4, Bet Yamda isə 12 nəfərin yaralandığını bildirib.