Sepah sionistləri çaşbaş salıb
İsrailin HHM sistemləri bir-birinə atəş açmağa məcbur edildi
İslam İnqilabının Keşikçiləri Korpusu - Sepah İsrailə raket zərbələrinin növbəti dalğası zamanı yeni üsullardan istifadə edərək işğalçı rejimin hava hücumundan müdafiə sistemlərini bir-birinə hücum etməyə məcbur edib.
Sepah-ın bəyanatında deyilir: “Bu əməliyyat zamanı kəşfiyyat və texniki sahələrdə yeni metod və imkanlardan istifadə sayəsində düşmən – İsrail rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxarılıb və onlar bir-birinə hücum etməyə başlayıb”.Bundan əlavə, SEPAH Negev bölgəsində yerləşən Navatim aviabazasına hücum etdiyini bəyan edib. Hayfada elektrik stansiyası və bu şəhərdəki neft emalı zavoduna da zərbələr endirilib.Daxil olan məlumata əsasən, partlayış səsləri Təl-Əvivin şərqində, Ben Qurion hava limanı ərazisində və Qüdsün qərbində eşidilib.