İyun 29, 2025 14:53 Asia/Baku
  • Şəhidlər Hacızadə və Baqiri Behişti-Zəhrada dəfn olunublar

Sepah-ın aerokosmik qüvvələrinin komandanı şəhid general-mayor Əmir-Əli Hacızadə və Sepah-ın aerokosmik qüvvələrinin raket bölməsinin komandanı şəhid general-mayor Mahmud Baqirinin cənazələrinin müşayiət və dəfn mərasimi məsul şəxslərin və mömin xalqın əzəmətli iştirakı ilə Tehranın Behişti-Zəhra məzarlığında keçirilib.

Behişti-Zəhra-nın hərəm müdafiəçiləri bölməsində keçirilən şəhidlərin cənazələrinin müşayiət və dəfn mərasimində mərasim iştirakçıları və şəhidlər aşiqləri tərəfindən verilən «Amerikaya ölüm!» və «İsrailə ölüm!» şüarları göylərə ucalıb.Şəhidlər aşiqləri namaz qıldıqdan sonra şəhid sərkərdələr Hacızadə və Baqirinin pak cənazələrini son mənzilə yola salıblar.Mərasim/ İranın mömin və dindar xalqının, ordu və ölkə rəsmilərinin və möhtərəm şəhid ailələrinin iştirakı ilə keçirilib. Dünən də İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının mərhum rəisi- şəhid general-leytenant Məhəmməd Baqirinin pak cənazəsinin müşayiət və dəfn mərasimi İranın şəhidpərvər xalqının əzəmətli iştirakı ilə Behişti-Zəhra-nın 24-cü bölməsində, digər şəhid komandirlərin məzarları kənarında keçirildi.