İraqçi: Qrossinin İranın bombalanmış nüvə obyektlərinə baş çəkməkdə israr etməsi mənasızdır
İraqçi: Qrossinin İranın bombalanmış nüvə obyektlərinə baş çəkməkdə israr etməsi mənasızdır
İran xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyi MAQATE-nin baş direktoru son açıqlamalarına cavab olaraq, bildirib: “İran öz maraqlarını, xalqını və suverenliyini qorumaq üçün istənilən tədbirləri görmək hüququnu özündə saxlayır”.Seyid Abbas İraqçi özünün X hesabında yazıb: “İran parlamenti nüvə fəaliyyətlərimizin təhlükəsizliyi və mühafizəsi təmin olunana qədər MAQATE ilə əməkdaşlığı dayandırmağa səs verib”.O, əlavə edib: “Bu qərar Rafael Qrossinin Agentliyin on il əvvəl bütün keçmiş məsələləri rəsmi olaraq bağladığı faktını gizlətməkdəki təəssüf doğuran rolunun birbaşa nəticəsidir. O, bu qərəzli hərəkəti ilə MAQATE-nin Direktorlar Şurasında İrana qarşı siyasi motivli qətnamənin qəbul edilməsinə birbaşa yol açdı və həmçinin İsrail və Amerikanın İranın nüvə obyektlərinə qanunsuz hücumlarına şərait yaratdı”.İranın yüksək səviyyəli diplomatı vurğulayıb ki, Rafael Qrossi, bundan əlavə heyrətləndirici şəkildə və öz peşəkar vəzifələrinə zidd olaraq, Agentliyin təminat qaydaları və nizamnaməsinin bu cür aşkar pozulmasını açıq şəkildə pisləməkdən imtina edib.İraqçi davamında deyib: “MAQATE və onun Baş direktoru bu iyrənc vəziyyətə görə tam məsuliyyət daşıyır. Rafael Qrossinin təhlükəsizlik tədbirlərinin yoxlanılması adı altında ilə İranın bombalanmış nüvə obyektlərinə baş çəkməkdə israr etməsi mənasızdır və hətta pis niyyətli ola bilər.İraqçi sonda bildirib ki, İran öz maraqlarını, xalqını və suverenliyini qorumaq üçün istənilən tədbirləri görmək hüququnu özündə saxlayır”.