İyun 28, 2025 15:09 Asia/Baku
  • Tehranda 60 şəhid üçün müşayiət mərasimi keçirilib

Tehranda 60 şəhid üçün müşayiət mərasimi keçirilib

Bu gün Tehranda sionist rejimin İrana qarşı təcavüzündə şəhid olan komandirlər, nüvə alimləri və sadə vətəndaşlarla vida mərasimi hərbi və siyasi rəsmilərin və ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilib və İranın qədirbilən və dastan yazan xalqı 60 vətən qəhrəmanının pak cənazəsini Tehranın İnqilab meydanından Azadi meydanına doğru müşayiət edib və onları son mənzilə yola salıb.Mərasim yerli vaxtla saat 08:00-da Tehranın İnqilab meydanında başlayıb. İ.tirakçılar, əllərində qırmızı rəngli “Ləbbeyk Ya Hüseyn (ə)” bayraqları və üzərində anti-sionist və anti-Amerika şüarları yazılmış plakatlar daşıyaraq, “Saziş yox, təslim yox, Amerikaya qarşı müharibə” şüarları səsləndiriblər.Mərasimdə prezident Pezeşkian, İran xarici işlər naziri Seyid Abbas İraqçi, sionist rejimin hücumlarında ağır yaralanan Ali Məqamlı Rəhbəri müşaviri Şəmxani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalib, İranın Məhkəmə Hakimiyyətinin sədri Möhsüni Ejeyi, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani və bir çox digər rəsmilər iştirak ediblər.Şəhidlərin arasında ailəlikcə şəhid olanlar , həmçinin 4 uşaq və 4 qadın da var.