İyun 17, 2025 17:04 Asia/Baku
  • Öz ərazi bütövlüyümüzü qəti şəkildə müdafiə edəcəyik

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, bu anadək İsrail rejiminin təcavüzü nəticəsində İranda min dörd yüz səksən bir nəfər şəhid olub və ya yaralanıb. Qeyd edib ki, İran öz təhlükəsizliyi və ərazi bütövlüyünü qəti şəkildə qoruyacaq.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla, bazar ertəsi günü axşam, təşkilatın Nyu-Yorkdakı qərargahında müxbirlər qarşısında əlavə edib: İsrail rejimi İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı aşkar təcavüzkar əməllər törədib. Bu rejimin xalqımıza qarşı cinayətkar kampaniyası durmadan davam edir. Bu hücumlar, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulması deməkdir. Bu əməl, bütün qırmızı xətləri pozubdur.İranın BMT-dəki səfiri vurğulayıb: Daha çox nigaranedici məsələ odur ki, İsrail rejimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tam nəzarəti altında fəaliyyət göstərən dincməqsədli nüvə təsisatlarını hədəfə alıb. Bu, təhlükəli və qanunsuz bir hərəkətdir. Bu basqın, radioaktiv maddələrin sızması ilə bağlı ciddi təhlükə törədib.İran İslam Respublikasının BMT-dəki baş diplomatı qeyd edibdir ki: Əgər İran İslam Respublikası vəziyyəti aradan qaldırmaq istiqamətində dərhal və vaxtında addım atmasaydı, onun nəticələri fəlakətli ola bilərdi. İsrail rejiminin «dəqiq və yerli» hücumlar həyata keçirdiyinə dair iddiası tamamailə yalan və yayındırıcıdır. Bu rejim İranın mülki infrastrukturlarını hədəfə alan qanunsuz və hədəfsiz hücumlar kampaniyasına başlayıb. Mülkilər şəhid olublar. Evlər, xəstəxanalar və digər mülki təsisatlar məhv olublar. Bunlar, iddia deyil, bir reallıqdırlar.