İyul 02, 2025 10:41 Asia/Baku
  • Əraqçi: Heç kəs dəqiq bilmir ki, Fordoda nə baş verib

Xarici işlər naziri CBS-ə verdiyi müsahibədə bildirib ki, hazırda Fordoda nə baş verdiyi barədə heç kimin dəqiq məlumatı yoxdur. Zərərin miqyası çox böyük və ciddi olub. Atom Enerjisi Təşkilatı vəziyyəti araşdırır və qiymətləndirir, nəticələr hökumətə təqdim olunacaq.

Uran zənginləşdirilməsi mütləq şəkildə davam etdiriləcək və biz onu qorumaq üçün çalışacağıq. Təbii ki, bizim nüvə proqramımız sülhməramlı xarakter daşıyır və nüvə silahına yönəlmək niyyətimiz yoxdur.

İran xalqının hüququdur ki, nüvə texnologiyasından sülhməramlı məqsədlər üçün faydalansın və bu hüquqdan geri çəkilməyəcək.