Bəqayi: Təhlükəsizlik Şurasının səssizliyi son dərəcə təhlükəlidir
https://azeri.sahartv.ir/news/İran-i420899-bəqayi_təhlükəsizlik_Şurasının_səssizliyi_son_dərəcə_təhlükəlidir
İsrail rejiminə qarşı BMT Təhlükəsizlik Şurasının səssizliyi son dərəcə təhlükəlidir.
(last modified 2025-07-16T06:02:50+00:00 )
İyul 16, 2025 10:01 Asia/Baku
  • Bəqayi: Təhlükəsizlik Şurasının səssizliyi son dərəcə təhlükəlidir

İsrail rejiminə qarşı BMT Təhlükəsizlik Şurasının səssizliyi son dərəcə təhlükəlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Suriyanın cənubundakı Süveydə bölgəsində baş verən hadisələr və onlarla mülki şəxsin həlak olması ilə nəticələnən qarşıdurmaları kəskin şəkildə pisləyərək, ciddi narahatlığını ifadə edib.

Bəqayi bildirib ki, İsrail rejimi Suriyanın ərazi bütövlüyünə qarşı hərbi təcavüzlərini davam etdirməklə yanaşı, bu ölkənin böyük bir hissəsini hələ də işğal altında saxlayır. O, BMT Təhlükəsizlik Şurasının bu təcavüzkar hərəkətlər qarşısında susmasını son dərəcə təhlükəli hesab edərək, bunun işğalçı rejimin daha da cəsarətlənməsinə yol açdığını vurğulayıb.

Nazirlik sözçüsü həmçinin qeyd edib ki, Qəzzədə sionist rejimin həyata keçirdiyi görünməmiş soyqırımı, eləcə də Suriyaya və Livana qarşı davamlı hücumlar beynəlxalq hüquq və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.