İran və Avropa üçlüyü məşvərətləri davam etdirməklə razılaşıblar
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini bu gün İstanbulda üç Avropa ölkəsinin nümayəndələrilə müzakirələrin başa çatmasından sonra Tehran ilə Avropanın məşvərətlərin davam etdirilməsilə razılaşdıqlarını bildirib.
Kazım Qəribabadi bu barədə yaydığı mesajda yazıb: Cənab Təxti-Rəvançi və mən Avropa Birliyi və üç Avropa ölkəsinin siyasi rəsmilərilə ciddi, açıq və ətraflı danışıqlar apardıq. Nüvə məsələsi və sanksiyaların ləğvi ilə bağlı son olaylar nəzərdən keçirildi.
Qəribabadi əlavə edib: Onların xalqımıza qarşı son təcavüzkarcasına müharibə barədəki mövqelərini ciddi şəkildə tənqid etdik, “snap back” adlandırılan mexanizm də daxil olmaqla bəzi məsələlər barədəki prinsipial mövqelərimizi izah etdik.
O, vurğulayıb ki: Hər iki tərəf konkret ideyalarla iclasa gəlmişdi və bu fikirlərin müxtəlif cəhətləri araşdırıldı.
Bu barədə məşvərətlərin davam etdirilməsi razılaşdırıldı- deyə, sonda Qəribabadi bildirib.