Bəqayidən Qəzzənin təəssüfləndirici vəziyyətinə reaksiya:
Qəzzə barədə hərəkətsizlik və boş sözlər yetər
İran Xarici İşlər Nazirliyinin sözçüsü bir mesajda Qərbin sionist rejimə hərtərəfli dəstəyilə törənən Qəzzədəki faciəli insan durumunun və soyqırımın şiddətlənməsinə işarə edib. Yazıb ki, nifaq, hərəkətsizlik və boş sözlər yetər.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi “X” platformasında qoyduğu mesajda sonra belə yazıb: Sionist rejim Qərb istehsalı olan silahlardan istifadə ilə qırğını davam etdirir. Bu rejim Qərbin müşayiətilə Qəzzəni qıtlıq və aclığa düçar edir. Bu rejim Amerikanın vetoları və Qərbin himayəsilə hər cür cavabdehlik və istintaqdan qorunur.
Elə indi də çox gecdir. Məzlum Qəzzə əhalisinin aclıq və susuzluq nəticəsində kütləvi şəkildə məhv edilməsinin qarşısını almaq və bu insanları xilas etmək üçün elə indi hərəkətə keçmək, bizim hamımızın müştərək məsuliyyətimizdir- deyən İsmayıl Bəqayi vurğulayıbdır ki: Qəddar cinayətkarları yatırtmaq və onların cəzasız qalmalarına son qoymaq lazımdır