İyul 26, 2025 13:44 Asia/Baku
  • Təxte-Rəvançi İstanbul toplantısında İranın gündəmini açıqlayıb

İran, Avropa üçlüyü və Avropa İttifaqının nümayəndələri arasında iclasın yeni raundunda iştirak etmək üçün İstanbulda səfərdə olan İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini görüşün yekunlarına dair mətbuat konfransında məsləhətləşmələrin bu mərhələsi ilə bağlı açıqlamalar verib.

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxte-Rəvançi İranın İstanbuldakı konsulluğunda İran və Avropa üçlüyünün nümayəndələri arasında görüşdən sonra deyib: "Bu görüşlə, keçirdiyimiz əvvəlki görüş arasındakı fasilədə sionist rejim və ABŞ-ın ölkəmizə qarşı təcavüzü də daxil olmaqla, mühüm hadisələr baş verib. Təbii ki, biz bu görüşdə bu məsələni ətraflı müzakirə etdik və öz mövqelərimizi təqdim etdik. Biz açıq şəkildə bildirdik ki, sionist rejim və ABŞ-ın bu hərəkəti beynəlxalq hüquqa ziddir, heç bir beynəlxalq standartlara uyğun gəlmir və BMT nizamnaməsini pozur. İrana qarşı bu açıq-aşkar təcavüzlə bağlı bu ölkələrin mövqelərini də tənqid etdik".

Təxte-Rəvançi əlavə edib: "Görüşdə müzakirə edilən digər məsələlər sanksiyaların yenidən tətbiqi və “snapback mexanizmi” idi. Bu ölkələrdən bəziləri bununla bağlı açıqlamalar verib, biz də öz fikirlərimizi və müxalifətimizi açıq şəkildə bildirmişik. Bu yaxınlarda, hörmətli xarici işlər naziri doktor Əraqçi Birləşmiş Millətlər Təşkilatının baş katibinə məktub göndərmiş və bu məktubda ölkəmizin bununla bağlı hüquqi mövqelərini ətraflı izah etmişdir; O cümlədən bu ölkələrin əslində belə iddialar irəli sürə bilməyəcəyinə diqqət çəkmişdir. Məktub indi Birləşmiş Millətlər Təşkilatında saxlanılır və Təhlükəsizlik Şurasının üzvlərinə açıqdır".

İranın xarici işlər nazirinin müavini daha sonra bildirib: "Bizim üçün vacib məsələlərdən biri də Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində İranın hüquqlarının təmin edilməsi məsələsidir. O cümlədən zənginləşdirmə sahəsi ki, bizim ayrılmaz hüquqlarımızdan hesab olunur və zənginləşdirmə ölkə daxilində davam etməlidir. Təbii ki, haqsız sanksiyaların aradan qaldırılması məsələsi də qaldırılan mövzulardan idi və biz bu sanksiyaların tezliklə aradan qaldırılmasının vacibliyini vurğuladıq".