Əraqçi:
"Diplomatiya meydanının əsgərləri silahlı qüvvələrin yanındadırlar"
İranın xarici işlər naziri deyib: "Silahlı qüvvələr düşmənlərə qarşı 12 günlük müharibəbə ölkəni qəhrəmancasına müdafiə etdilər. Bundan başqa, diplomatiya meydanının əsgərləri də gecə-gündüz səhnədə idilər".
Seyid Abbas Əraqçi şənbə günü prezident Məsud Pezeşkiyan və Xarici İşlər Nazirliyinin müavinləri və direktorlarının iştirak etdiyi görüşdə İran Xarici İşlər Nazirliyində hər kəsin hərbi qüvvələrin yanında olduğunu və 12 günlük müharibənin meydanla diplomatiya arasındakı koordinasiyanın bariz nümunəsi olduğunu bəyan edərək, qeyd edib ki, silahlı qüvvələr düşmənlərə qarşı 12 günlük müharibəbə ölkəni qəhrəmancasına müdafiə etdilər. Bundan başqa, diplomatiya meydanının əsgərləri də gecə-gündüz səhnədə idilər.
Xarici işlər naziri bildirib ki, düşməni geri çəkilməyə və qeyd-şərtsiz atəşkəs tələb etməyə sövq edən silahlı qüvvələrin müqaviməti və hökumətin ölkənin işlərini müstəsna şəkildə idarə etməsi olub, beləki, hər hansı bir nöqsan, zəiflik və səhlənkarlıq baş verməyib.