İranlı diplomat İsrail rejiminin Bakıdakı səfirinin iddialarına cavab verdi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi Behnam Mələkpur, işğalçı sionist rejim səfirinin cəfəng açıqlamalarına cavab olaraq, deyib: "İran və Azərbaycan xalqları arasında mövcud olan dərin dostluq və mehribanlıq bağları o qədər möhkəmdir ki, soyqırımçı və irqçi bir rejimin xəbis və fitnəkar nümayəndələrinin təhrikləri ilə sarsılmaz".
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi Behnam Mələkpur işğalçı və aparteid sionist rejim səfirinin son mətbuat konfransında səsləndirdiyi cəfəng və nifrət doğuran fikirlərini qınayıb.
Mələkpur qeyd edib ki, tarixi Fələstin torpaqlarını qəsb edib, onun yerli sakinlərini qətlə yetirmək və didərgin salmaq üzərində qurulmuş və 80 illik mənhus həyatı boyunca qonşuluqdakı ölkələrə qarşı terror və müharibə ilə məşğul olan bir rejim, müsəlman və qonşu ölkələr arasında təfriqə yaratmağa çalışacaq qədər həyasız olması təbiidir. Amma bilməlidirlər ki, İran və Azərbaycan xalqları arasındakı dostluq və dini-mədəni bağlar, soyqırımçı və irqçi rejimin nümayəndələrinin xəbislik və pis niyyətləri ilə zəifləməyəcək qədər möhkəmdir".
O həmçinin, Qəzzə zolağına tətbiq edilən qeyri-insani mühasirə və günahsız insanların əhalinin qida və sudan məhrum edilməsi səbəbiylə zolaqda yaranmış kritik vəziyyətə toxunaraq, bu vəziyyəti açıq şəkildə soyqırımı adlandırıb və beynəlxalq ictimaiyyəti soyqırımın dayandırılması və sionist cinayətkarların təqib edilməsi və məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görməyə çağırıb.
Mələkpur, həmçinin sionist rejimin Livan, Suriya, İran və digər region ölkələrinə qarşı təcavüzkar hərəkətlərinə toxunaraq, bu rejimi qlobal sülh və sabitlik üçün ən böyük təhlükə hesab edib və xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin bu yaramaz varlığın cilovlanması üçün ciddi addımlar atmaması bütün dünyada əmin-amansızlığın yayılmasına səbəb olacaq.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Bakıda keçirdiyi bir mətbuat konfransında belə bir təxribatçı və düşməncəsinə ifadə işlətmişdi ki, "Bu gün İranın zəifləməsi ilə dünya – o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz – daha təhlükəsiz olub".