Avq 11, 2025 15:04 Asia/Baku
  • Qafqaz keçidi əcnəbilərin hədəflərinin reallaşması vasitəsi deyil, inkişaf marşrutu olmalıdır

İran prezidenti Ermənistan baş nazirinin telefon əlaqəsinə cavabda deyib ki: Qafqaz keçidi əcnəbilərin hədəflərinin reallaşması vasitəsi deyil, inkişaf marşrutu olmalıdır.

Amerikanın iştirakı ilə Qafqaz bölgəsində qovşaq keçidi layihəsinin icrası barədəki razılaşmaya toxunan İran prezidenti Ermənistanın bu sahədəki suverenliyinin qorunmasına, həmçinin bu layihənin icrası formasında hərbi və təhlükəsizlik qüvvələrinin hər hansı şəkildə müdaxilə etməmələrinə təkid edib. O, amerikalı tərəfin ehtimal olunan hərəkətləri qarşısında xüsusi qoruma və sayıqlıq barədə xəbərdarlıq da edib.

Məsud Pezeşkiyan həmçinin söyləyib: İran İslam Respublikası regionda sülh, sabitlik və təhlükəsizlik istinadgahı kimi, xüsusən region ölkələri arasında sülhün gücləndirilməsi ilə nəticələnəcək istənilən razılaşmanı alqışlayır.

Ermənistan baş naziri Nikol Paşinyan da öz növbəsində bu ölkə ilə Azərbaycan Respublikası arasında son sülh anlaşma memorandumunun imzalanması prosesi barədə ətraflı məlumat təqdim edib. O, region ölkələri arasında inteqrasiyanın qorunması sahəsindəki prinsipial mövqeyinə görə, 

İran İslam Respublikasına təşəkkür edib.

İran İslam Respublikasının Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına təkid etməsi bizim üçün çox dəyərli və önəmlidir. Biz dost və qonşu ölkə olan İranın həssaslıqları, mülahizələri və maraqlarına riayətdən tam əminliyin əldə olunmayacağı zamanadək, heç bir müqaviləni imzalamayacağıq- deyə, Ermənistan baş naziri vurğulayıb.