Avq 12, 2025 15:38 Asia/Baku

İran milli təhlükəsizlik ali şurasının katibi Livandakı müqavimət qrupları barədə vurğulayıb ki: Hizbullah və müqavimət cərəyanları yüksək siyasi təfəkkür yetkinliyinə malikdirlər və qəyyuma ehtiyac duymurlar.

İran milli təhlükəsizlik ali şurasının katibi Əli Laricani Bağdadda keçirdiyi mətbuat konfransında belə söyləyib: Məncə, Hizbullah və müqavimət cərəyanları çox yaxşı siyasi təfəkkür inkişafına malikdirlər və özləri yaxşı bilirlər ki, öz ölkələri üçün hansı məsləhətləri nəzərdə tutmalıdırlar; onların qəyyuma ehtiyacları yoxdur.

Laricani qeyd edib ki, İran, bəzilərinin düşündükləri kimi bu küləklərlə titrəyəcək bir ölkə deyildir.

İraqla təhlükəsizlik memorandumuna toxunan Laricani, vurğulayıb: Bu anlaşma sənədinin əsas istiqaməti budur ki, heç bir kəsin və heç bir ölkənin ikili İran və İraq ölkələrindən birinin təhlükəsizliyinə xələl gətirməsinə yol verməyək. Buna görə, bu anlaşma sənədindəki əsas fikir, iki ölkə arasındakı əlaqələrdə sabitliyin yaradılması olub.

O, əlavə edib: İnanırıq ki, təhlükəsizlik əməkdaşlığı metodu olan bu anlaşma memorandumu digər ölkələrlə də baş tuta bilər, yəni, bu fikirdəyik ki, bütün region ölkələri təhlükəsilikdə və güclü olmalıdırlar.