Şanxay sammiti çoxtərəfliliyi və regional əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir
https://azeri.sahartv.ir/news/İran-i421439-Şanxay_sammiti_çoxtərəfliliyi_və_regional_əməkdaşlığı_gücləndirmək_üçün_mühüm_fürsətdir
İran İslam Respublikası prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Çinə yola düşməzdən əvvəl bildirib ki, Şanxay sammiti çoxtərəfliliyi və regional əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir.
(last modified 2025-08-31T08:27:07+00:00 )
Avq 31, 2025 12:25 Asia/Baku
  • Şanxay sammiti çoxtərəfliliyi və regional əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir

İran İslam Respublikası prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Çinə yola düşməzdən əvvəl bildirib ki, Şanxay sammiti çoxtərəfliliyi və regional əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir.

Məsud Pezeşkian əlavə edib: "Bu səfər çox mühüm və strateji bir səfərdir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr dünya əhalisinin təxminən 2,5 milyardını təşkil edir və bu təşkilatın mahiyyəti beynəlxalq münasibətlərdə birtərəfliliyə qarşı mübarizə və çoxtərəfliliyi gücləndirmək üçün səy göstərməkdir. İran İslam Respublikası da bu istiqamətdə təsirli rol oynamağa çalışır".