İran, Rusiya və Çin:
2231 saylı qətnamə qüvvədən düşüb
İran, Rusiya və Çin birgə məktubda bildiriblər ki, 2231 saylı qətnamənin səkkizinci əməliyyat bəndinə əsasən, onun bütün müddəaları 2025-ci il oktyabrın 18-dən sonra başa çatıb.
Üç ölkə səfirlərinin birgə mətkubunda deyilir: Biz Çin Xalq Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirlərinin Təhlükəsizlik Şurasında və Baş Assambleyada yayılan 28 avqust 2025-ci il tarixli birgə məktubuna işarə etmək şərəfinə nail olmuşuq. Sözügedən məktubda, Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2231 saylı qətnaməsi çərçivəsində atıldığını iddia edən İngiltərə, Fransa və Almaniyanın son addımları ilə bağlı, ölkələrimizin ortaq mövqeyi bəyan edilib.
İran, Rusiya və Çin bildiriblər: Bir daha vurğulayırıq ki, üç Avropa ölkəsinin «snapback» adlandırılan mexanizmin fəallaşdırılması üzrə cəhdi, mahiyyət etibarı ilə hüquqi və iş prinsipi cəhətdən nöqsanlı olaraq, hüquqi nöqteyi-nəzərdən etibarsızdır. Özləri/ nüvə anlaşması altındakı öhdəliklərini yerinə yetirməkdən çəkinən, həmçinin «ixtilafların həlli mexanizmi»ndə qeyd olunan prosesi keçməyən üç Avropa ölkəsi onun müddəalarına istinad etmək səlahiyyətinə malik deyildir.
İran, Rusiya və Çin özlərinin birgə məktublarında vurğulayıblar: Bu çərçivədə, təkid edirik ki, 2231 saylı qətnamənin səkkizinci əməliyyat bəndinə əsasən, onun bütün müddəaları 2025-ci il oktyabrın 18-dən sonra başa çatıb.
Məktubda əlavə olunur: Təkid edirik ki, aidiyyəti tərəflərin qarşılıqlı hörmət prinsiplərinə əsasən, diplomatik dialoq və anlaşma yolu ilə bütün tərəflərin nigarançılıqlarını əhatə edəcək siyasi həll yolunun tapılmasına sadiq qalmaları/ və birtərəfli sanksiyalar tətbiq etməkdən, gücdən istifadə ilə hədələməkdən və ya gərginliyin şiddətlənməsinə səbəb olacaq hər hansı digər addımdan çəkinmələri/ zəruridir. Həmçinin, bütün ölkələr diplomatik səylərin davam etməsi üçün əlverişli şərait və münasib atmosferin yaradılması istiqamətində iştirak etməlidirlər.