Rusiya səfiri:
Sanksiya təhdidlərinə baxmayaraq, İranla əməkdaşlıq davam edir
Rusiya İrandakı səfiri bildirib ki, Moskva və Tehran Qərbin sanksiyaları bərpa etmək cəhdlərinə baxmayaraq, enerji, nüvə və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığı davam etdirirlər.
Rusiyanın İrandakı səfiri Aleksey Dedov «İzvestiya» qəzetinə verdiyi müsahibədə deyib: "BMT Təhlükəsizlik Şurasının sanksiya təhdidlərinə baxmayaraq, Rusiya ilə İran arasındakı münasibətlər inkişaf etdiriləcək.
O əlavə edib ki, mövcud olan bütün ortaq layihələr, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və Rusiya şirkətlərinin İranın neft və qaz sektorunda iştirakı icra mərhələsindədir.
Dedov, həmçinin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin onillik müddətinin başa çatdığına işarə edərək, bildirib ki, əvvəlki məhdudiyyətlər ləğv olunub və sanksiyaların yenidən tətbiqi ilə bağlı məlumatları etibarsız hesab edir.
Rusiya səfiri Suriya ilə bağlı sualın cavabında isə, Tehran və Moskvanın arasında müntəzəm məsləhətləşmələr apardığını qeyd edib və vurğulayıb ki, iki ölkənin Suriya böhranının həlli ilə bağlı mövqeləri üst-üstə düşür və bu ölkənin yenidən qurulması və iqtisadi dəstək gündəmdədir.