İraqçı:
Nobel sülh mükafatını sionist rejimin cinayətlərinin hamisinə verdilər
İran İslam Respublikasının xarici işlər naziri cari ildə Nobel sülh mükafatı almış Mariya Korina Maçadonun sionist rejimin cinayətlərini himayə etməsinə işarə edib və belə deyib: Mən bilmirəm bu necə sülh mükafatıdır ki, müharibə tərəfdarına verilir?
Seyid Abbas İraqçı, iki min iyirmi beşinci il Nobel sülh mükafatı laureatının, Netanyahunun və sionist rejimin cinayətlərinə olan dəstəkləri barədə söyləyib: Qəti şəkildə Nobel sülh mükafatının laureatı Mariya Korina Maçadonun tvittini görmüsünüz ki, sionist rejimin baş naziri Netanyahu ilə telefon əlaqəsi yaradır və “sülh naminə addım” adı altında, Yaxın Şərqdə törətdiyi cinayətlər və soyqırım münasibətilə onu təbrik edir.
İraqçı əlavə edib: Bu xanım, öz telefon əlaqəsində, Netanyahunun sionist rejim üçün nəzərdə tutduğu hərbi hücumlar və qarşıdurmalara şamil olan planlarını himayə edir və həmin planların icra olunmasını istəyir.
Bu kimi şəxslərə Nobel mükafatının verilməsi tərzini pisləyən İran xarici işlər naziri deyib: Mən bilmirəm bu necə sülh mükafatıdır ki, müharibə tərəfdarına verilir?