İraqçı:
Hazırda Amerika ilə müzakirə imkanı yoxdur
Hal-hazırda Amerika ilə müzakirələrin bərpa edilməsi üçün heç bir imkan mövcud deyildir. Bunu, İran xarici işlər naziri deyib. Bildirib ki: Amerikalıların hər iki tərəf üçün bərabər və faydalı olacaq müzakirəyə hazır olacaqları zaman, danışıqlar mümkün ola bilər.
İran xarici işlər naziri Seyid Abbas İraqçı Amerika ilə danışıqların bərpa olunması imkanı barədəki sualın cavabında söyləyib: Həqiqət budur ki, hal-hazırda heç bir imkan yoxdur, çünki, biz Amerika tərəfindən heç bir pozitiv və konstruktiv yanaşma görmürük.
Onların hər iki tərəf üçün bərabər əsasda faydalı bir danışıqlara hazır olacaqları təqdirdə, müzakirə mümkün ola və İran onu araşdıra bilər. Amma bizim amerikalılardan müşahidə etdiyimiz yanaşma, bunu göstərmir- deyə, İraqçı vurğulayıb.