Noy 21, 2025 11:29 Asia/Baku
  • İran nüvə silahı düzəltmək niyyətində deyil

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın uran ehtiyatları barədəki iddiaları təkrar edib. Vurğulayıb ki, İran nüvə silahı düzəltmək niyyətində deyil.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir Uruqvay qəzetilə müsahibədə bir daha etiraf edibdir ki, İran nüvə silahı düzəltmək niyyətində deyildir.

“Elobservador” qəzetinin müxbirinin “Sizcə, Amerika və İsrailin son hərbi müdaxiləsilə İran daha nüvə təhdidi sayılmır, yoxsa ki, hələ də bir təhdiddir?” sualının cavabında belə deyib: İranın nüvə proqramının vəziyyəti mürəkkəbdir. Bu məsələ illər boyu uzanıb. Elə buna görə də, mən bu hadisənin yaxşı və pis hadisə olduğunu demək istəmirəm. Amma, iş bir nöqtəyə çatdı ki, öncə İsrail, sonra isə Birləşmiş Ştatlar İranın nüvə təsisatlarına hücum etmək qərarına gəldilər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru sonra sözügedən qanunsuz hücumları pisləmədən, söyləyib: Vəziyyət belədir ki, həmin hücumlar İranın nüvə infrastrukturlarına çox ağır xəsarətlər vurdular. Belə ki, səthi bir baxışda, düşünə bilərik ki, İranın nüvə silahı düzəltmək qabiliyyəti son dərəcə azalıb və ya məhv olubdur. Amma demək lazımdır ki, bu texniki bacarıqlardan heç biri bərpaolunmaz deyildir. Bu elə bir texnologiya deyildir ki, İran ondan xəbərsiz olmuş olsun və ya onu yenidən qura bilməsin.

Rafael Qrossi öz söhbətinin davamında belə deyib: Vurğulamalıyam ki, İran hal-hazırda nüvə silahı düzətmək niyyətində deyil. Hazırda baş verməkdə olan məsələ budur ki, İran olduqca modern texnologiyaları inkişaf etdirməkdədir və durmadan, çox yüksək zənginliyə malik olan uran ehtiyatını artırır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru sonda deyib: Məhz elə buna görədir ki, heç bir qeyri-düzgün şeyin baş vermədiyinə əmin olmaq üçün nəzarət və yoxlama mövcuddur.

Qrossinin yüksək zənginliyə malik olan uran barədəki iddialarının fonunda qeyd edək ki, İran nüvə silahı düzəltmək niyyətində olmadığını və İran təsisatlarının da agentliyin təftişləri altında olduğunu vurğulamışdı.