Noy 22, 2025 11:52 Asia/Baku
  • Qərbin qlobal konsensus yaratma cəhdi boşa çıxdı - TƏHLİL

Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) Fransa, Almaniya, Britaniya və ABŞ-ın İran əleyhinə addımlarına qarşı beynəlxalq səviyyədə birgə mövqe formalaşıb.

Pars Today-in məlumatına görə, Çin, Rusiya və İran da daxil olmaqla səkkiz ölkə BAEA-nın İdarə Heyətinin iclasında birgə bəyanat verərək ABŞ və sionist İsrailin İranın atom obyektlərinə hücumlarını pisləyib və üzv ölkələrdən bu siyasi təşəbbüslərə qarşı çıxmalarını tələb edib.

İran da “Snapback” mexanizminin qanuniliyini rədd edərək bildirib ki, Qərbin siyasi təzyiqləri və qətnamələri texniki məsələlərin həllinə kömək etmir, əksinə agentliklə əməkdaşlığı çətinləşdirir. Bundan əlavə Belarus, Çin, Kuba, İran, Nikaraqua, Rusiya, Venesuela və Zimbabve bəyanatda Tehranın nüvə yayılmaması prinsiplərinə sadiqliyini və NPT-yə üzv dövlətlərinin sülh məqsədli nüvə enerjisindən istifadə hüququnu vurğulayıblar.

Xatırladaq ki, Avropa Troikası və ABŞ, İran əleyhinə qətnamə layihəsi təqdim etmişdi ki, burada agentliyin İranın nüvə ehtiyatları barədə daha ətraflı məlumat əldə etməsi tələb olunurdu. Layihəyə görə, İran zənginləşdirmə və ağır su layihələri daxil olmaqla bütün fəaliyyətlərini dayandırmalı, əlavə protokola uyğun hərəkət etməli və agentliyə tam məlumat verməlidir.

20 noyabrda keçirilən səsvermədə 35 üzvdən 19-u qətnaməni dəstəkləyib, Rusiya, Çin və Niger əleyhinə səs verib, 12 ölkə bitərəf qalıb, bir üzv də iştirak etməyib. İranın Vyanadakı daimi nümayəndəliyi ABŞ və Avropa Troikasının bu addımını “böyük səhv” və agentliyi siyasi alətə çevirmək cəhdi adlandırıb.

Bu birgə mövqe həm İranın sülh məqsədli nüvə proqramının dəstəklənməsini göstərir, həm də Qərbin siyasi təzyiqlərinə qarşı formalaşan müqaviməti nümayiş etdirir.

Nəhayət, qeyd etmək lazımdır ki, MAQATE-nin İdarə Heyətində Qərbin İran əleyhinə hərəkətlərinə qarşı yasranmış ortaq cəbhə müstəqil ölkələrin müqavimətini əks etdirir. Bu cəbhənin yaranması həmçinin beynəlxalq münasibətlərin gələcəyi üçün genişmiqyaslı nəticələrə malikdir.