Sepah sözçüsü:
Düşmənin İranın gücü barədəki hesablamaları yanlış idi
Onikigünlük müharibədə məlum oldu ki, bizim raket gücümüz gerçək və çəkindiricidir və amerikalılar başa düşdülər ki, İranın ballistik raketlərilə mübarizə, asan iş deyildir. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib.
General pasdar Naini “Nicat öncülləri” tədbirində onikigünlük məcburi müharibəyə işarə edib. Vurğulayıb ki: Bu qarşıdurma, beynəlxalq səviyyədə ən mürəkkəb müharibə idi və düşmənin İranın güc komponentləri barədəki yanlış hesablamaları və maddi strukturlara istinad etməsi, onların məğlubiyyətinin əsas amili oldu.
Sepah sözçüsü təkidlə bildirib: Düşmənin xətası,/ onun İrandakı gücün mahiyyəti barədəki səhv analizi idi. Düşmən onikigünlük müharibədə “Güclü İran”a inandı. Məlum oldu ki, bizim raket gücümüz gerçək və çəkindiricidir və amerikalılar başa düşdülər ki, İranın ballistik raketlərilə mübarizə, asan iş deyildir.