İran sionist rejimin Livana qarşı terrorçu təcavüzünü kəskin tərzdə pisləyib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sionist rejimin Livanın Sayda şəhərinə və bu ölkədəki Əynulhilvə fələstinli didərginlər düşərgəsinə qarşı təcavüzkarcasına hücumlarını, eləcə də bir qrup fələstinli didərginin şəhid olması və yaralanması ilə nəticələnən bir məscidin ərazisi və bir idman zalını hədəfə almasını kəskin tərzdə pisləyib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bu vəhşicəsinə hücumların beynəlxalq hüququn və BMT Nizamnaməsinin təməl prinsiplərini biabırçı şəkildə pozduğunu bildirib.
2025-ci il noyabr atəşkəsinin İsrail rejimi tərəfindən dəfələrlə pozulmasına işarə edən Bəqayi, sözügedən rejimin Livana və digər region ölkələrinə qarşı təcavüz və cinayətlərinin davam etməsində Amerikanın birbaşa şəkildə məsuliyyət daşımasına diqqət çəkib.
Bəqayi, Amerika xüsusiyyət təşkil etməklə atəşkəs zaminlərinin işğalçı rejimin Livan əleyhinə intensiv hərbi təcavüzləri və atəşkəsi pozması qarşısındakı təsdiq mahiyyətli sükutlarını pisləyib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi qəsbkar rejimin cinayətlərinin dayandırılması və cinayətkarların məsuliyyətə cəlb və mühakimə olunmaları üçün beynəlxalq ictimaiyyətin və Birləşmiş Millətlər Təşkilatının ciddi ölçü götürmələrini tələb edib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi işarə edilən hücumlarda şəhid olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmalarını arzu edib. O, İran İslam Respublikasının Livanın hökuməti, xalqı və müqaviməti ilə tam həmrəy olduğunu da nəzərə çatdırıb.