Noy 20, 2025 11:59 Asia/Baku
  • “Sıfır” zənginləşdirməni əsla qəbul etmirik

“Sıfır” zənginləşdirməni əsla qəbul etmirik, zira, bu məsələ milli şərəfə və qürura çevrilib. Biz ona böyük maddi və mənəvi xərclər çəkmiş, onun qorunması üçün xeyli sayda nüvə şəhidi vermişik. Bunları, İran xarici işlər naziri öz teleqram kanalında yazıb.

Nüvə zənginləşdirməsini “sıfır” etmək üzrə hər hansı razılaşmanı xəyanət hesab edirik və onu qəbul etməyəcəyik- deyən Seyid Abbas İraqçı qeyd edib ki: Agentliklə anlaşmada, bombalanmış nüvə təsisatları barədə işimiz yoxdur. Biz sırf olaraq, bombardman edilməmiş təsisatlar haqda agentliyin qaydaları çərçivəsində həmkarlıq edəcəyik.