İnqilab Rəhbərinin iştirakı ilə xanım Fatimənin (s.ə) əzadarlıq mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i422325-İnqilab_rəhbərinin_iştirakı_ilə_xanım_fatimənin_(s.ə)_əzadarlıq_mərasimi_keçirilib
İslam İnqilabını Ali Məqamlı Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günləri ilə bağlı əzadarlıq mərasimlərinin ilk gecəsi keçirilib.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Noy 22, 2025 05:52 Asia/Baku

İslam İnqilabını Ali Məqamlı Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günləri ilə bağlı əzadarlıq mərasimlərinin ilk gecəsi keçirilib.

İmam Xomeyni (r.ə) Hüseyniyəsində keçirilən Həzrət Zəhranın (s.ə) matəm mərasimlərinin ilk gecəsində Həzrət Ayətullahül-üzma Xamenei və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan iştirakı ediblər. 

Mərasimdə Höccətül-İslam vəl-müslimin Rəhim Şərəfi çıxış edərək, Qurani-Kərimin ayələrinə istinadla "düşmənin İslam cəmiyyətindəki proqram və məqsədləri"ni izah edib.

O bildirib ki, dinin düşmənləri İslam cəmiyyətinin müqavimət və möhkəmliyini qırmaq üçün “təfriqə və ixtilaf”, “sızma”, “şübhə və tərəddüd yaratmaq” və “iqtisadi sanksiyalar” kimi dörd vasitədən istifadə edirlər və bu məqsədlər qarşısında ayıq olmaq zəruridir.

Mərasimin davamında Səid Həddadiyan Həzrət Fatimeyi-Zəhranın (s.ə) matəmində mərsiyyələr oxuyub və növhəxanlıq edib.