ŞƏT ölkələri terrorizmlə mübarizəyə sadiqdirlər
Terrorizm sərhəd tanımır və hamı onunla mübarizə aparmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr terrorizmlə mübarizəyə əzmkardırlar. Bunları, «Səhənd-iki min iyirmi beş» anti-terror hərbi təlimlərinin komandanı bildirib.
General pasdar Vəli Mədəni bu gün səhər «Səhənd-iki min iyirmi beş» adlı anti-terror hərbi təlimləri ilə bağlı mətbuat konfransında qeyd edib ki: İran iki il bundan qabaq Şəhid Rəisi və Şəhid Əmir-Abdullahiyanın səyləri nəticəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu. İran silahlı qüvvələri/ iki ildən sonra/ birgə anti-terror hərbi təlimlərini Sepah-ın quru qüvvələrinin ev sahibliyi ilə Şərqi Azərbaycan vilayətində keçirmə qürur duyurlar.
Belarus, İran, Hindistan, Çin, Pakistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan bu hərbi təlimlərdə iştirak edirlər. Ərəbistan, İraq və Azərbaycan Respublikası da qonaq qismində bu təlimlərdə iştirak edəcəklər. Bundan başqa, üzv ölkələrin yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri, iyirmi təhlükəsizlik rəsmisi, altmış qərargah komandiri və əməliyyat bölmələri üzrə qırx komandir də iştirak edirlər- deyə, general pasdar Vəli Mədəni bildirib.
«Səhənd-iki min iyirmi beş» anti-terror hərbi təlimlərinin komandanı vurğulayıb ki: Təlimlərin müddəti, beş gündür. Bu gündən etibarən, üç gün müddətinə təlimlərin əsas mərhələsi keçiriləcək. Bu gün və sabah qərargah tədbirləri, müharibə oyunu təşkil olunacaq. Hərbi təlimlərin əsas günü də/ yüksək rütbə və vəzifəli rəsmilərin və onikigünlük müharibə şəhidlərinin ailələrinin daxil olmaları, həmçinin şəhid mövqeyinə hörmətin ifadə edilməsi ilə keçiriləcək. Ondan sonra təlimlərin odlu mərhələsi xüsusi təyinatlı qüvvələrin bütün ixtisaslarının tərkibi ilə həyata keçiriləcək.
Hərbi təlimlərin bütün beş mərhələsində gerçək silah və sursatlardan istifadə olunacaq- deyə, general bildirib.