Dek 01, 2025 14:51 Asia/Baku
  • ABŞ diplomatiyaya qayıtmaq üçün İranın etimadını qazanmalıdı

İranın xarici işlər naziri yaponiyalı həmkarı ilə telefon danışığında ABŞ və üç Avropa ölkəsinin davranışına işarə edərək, bildirib ki, diplomatiyaya qayıtmaq üçün ilk ABŞ Tehranın etamıdını qazanmalıdır.

İranın xarici işlər naziri Seyyid Abbas İraqçi Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə telefon danışığı apararaq, ikitərəfli münasibətlərin son vəziyyətini və beynəlxalq məsələləri nəzərdən keçirib. 

İraqçi Motegini yenidən bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və Tehran və Tokio arasında konstruktiv əməkdaşlığın yeni dövrdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

O, İranın nüvə proqramı ilə bağlı proseslərə toxunaraq, qeyd edib ki, ABŞ diplomatiyaya qayıtmaq üçün əvvəlcə İranın etimadını qazanmalıdır.

Yaponiyanın xarici işlər naziri də ölkəsinin regionda sülhün möhkəmləndirilməsi və siyasi həll yollarının dəstəklənməsindəki istiqamətindəki səylərini davam etdirəcəyini vurğulayıb.

Hər iki nazir müntəzəm məsləhətləşmələrin vacibliyini bir daha qeyd ediblər.