Dek 08, 2025 15:11 Asia/Baku
  • Hər iki nazir münasibətlərin dostluq əsasında qurulduğunu deyir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İranlı həmkarı Seyid Abbas Əraqçi ilə təkbətək və geniş formatlı görüşlər keçirib.

Bu məlumata əsasən, müzakirələrdə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.

Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirərək iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yollarını və vasitələrini müzakirə ediblər.

Qeyd edilib ki, görüşdə BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda birgə mətbuat konfransı keçirilib.

Media nümayəndələrinin suallarını cavablandıran iranlı nazir Seyid Abbas Əraqçi bildirib ki, İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir. İran həmçinin “3+3” formatı çərçivəsində regionda sabitlik, sülh və inkişafı düşünür.

Onun sözlərinə görə, İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir.

Əraqçi sonra iki ölkənin ortaq cəhətlərinin çox olduğu kimi, fikir ayrılıqların da olduğunu təbii hesab edib, deyib ki, Azərbaycan və İran həmişə dialoqu açıq və mehriban şəkildə həyata keçirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iranlı mətbuat konfransında bildirib ki, Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər vasitəsilə inkişaf edir və bu münasibətlərə töhfə verir.

Onun dediyinə görə, rəsmi Bakı hər zaman İran–Azərbaycan münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır və bu barədə addımlar atılır. 2025-ci il bu baxımdan çox önəmli il olub.