Əraqçi:
İranın diplomatiyası müqavimətə əsaslanır: Milli strategiya şücaət və dözümlülük üzərində qurulub
İran Xarici İşlər naziri beynəlxalq “General Şəhid Hacı Qasim Süleymani" konfransında deyib: "Ölkənin diplomatiyası yalnız hərbi deyil, həm də iqtisadi, mədəni və diplomatik müqavimət prinsiplərinə əsaslanır və İran İslam Respublikası hələ də hegemonluq edən qüvvələrə qarşı dayanır və müqavimət cərəyanını dəstəkləyir".
İranın xarici İşlər naziri, Seyid Abbas Əraqçi, “General-leytenant Şəhid Hacı Qasim Süleymani, Diplomatiya və Müqavimət" adlı beynəlxalq konfransda general Süleymanini Müqavimət Mehvərinin memarı kimi təsvir edərək, deyib ki, İranın diplomatiyası müqavimətə əsaslanır və şücaət, təfəkkür və milli imkanlar üzərində qurulub.
O, əlavə edib: "İqtisadi, mədəni və diplomatik müqavimət bu yanaşmanın əsas sütunlarıdır və yalnız hərbi baxımdan qiymətləndirilməməlidir".
Əraqçi vurğulayıb ki, İran İslam Respublikası hegemonluq edən qüvvələrə qarşı dayanmaqda davam edir və müqavimət cərəyanını, xüsusilə də Fələstin müqavimətini mənəvi və hüquqi cəhətdən dəstəkləyir.
Onun sözlərinə görə, müqavimət strategiyası təkcə müdafiə xarakterli deyil, həm də regionda konstruktiv və təsirli bir modeldir və ölkənin xarici siyasətinə istiqamət verir.