İİR XİN ABŞ başçılarının İranla bağlı müdaxilə mahiyyətli ifadələrini pisləyib
İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda, ABŞ başçılarının İranla bağlı müdaxilə mahiyyətli ifadələrini pisləyib.
İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki: Amerikanın İran xalqı qarşısındakı qanunsuz və quldurcasına yanaşmasının davamı olan bu kimi məsuliyyətsiz mövqetutmalar, İran vətəndaşlarına qarşı terrorizm və zorakılığın təşviq edilməsi hesab olunur.
Amerikanın müxtəlif hökumətlərinin İranın məsələlərinə cinayətkarcasına qarışmalarının uzun keçmişinə diqqət çəkən nazirlik bildirib ki, böyük İran xalqı üçün ürəkyananlıq iddiasını, iranlılara qarşı törədilmiş xeyli sayda cinayətin ört-basdır edilməsi və ictimai rəyi aldatmaq niyyətilə edilən riyakarcasına yanaşma hesab edir.
Rüsvayçı min doqquz yüz əlli üçüncü il on doqquz avqust çevrilişinin işlənib hazırlanması və icra olunmasında əlbirlik, iranlılara qarşı səkkizillik müharibədə Səddam rejimi ilə əməkdaşlıq, min doqquz yüz səksən səkkizinci ildə İranın sərnişin təyyarəsinin vurulması və Fars Körfəzinin səmasında üç yüz günahsız insanın qırğın edilməsi, İranın həyati infrastrukturlarına qarşı hücumda, eləcə də iki min iyirmi beşinci ilin may-iyun aylarında İranın zəmanət altında olan nüvə təsisatlarına qarşı basqında İsrail rejimi ilə ortaqlıq və əlbirlik, həmçinin, iranlıların məişət və əsas hüquqlarını hədəfə alan son bir neçə on il ərzindəki insanlığa zidd, qəddarcasına sanksiyalar, habelə, iranlıların terror və qırğın edilmələri, Amerikanın İran xalqı ilə düşmənçiliyinin aşkar nümunələri sayılırlar.