Yan 13, 2026 14:33 Asia/Baku
  • Xalq şüurlu iştirakı ilə əcnəbilərin müdaxiləsinin qarşısını aldı

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İran xalqının iğtişaşçıların terrorçu hərəkətlərini pisləmək üçün keçirilən yürüşlərdə milyonluq iştirakını yüksək qiymətləndirərək, bildirib ki, xalq ağıllı iştirakı ilə əcnəbilərin iyrənc əllərini kəsdi.

Məhəmməd Baqir Qalibaf İslam Şurası Məclisinin plenar iclasında deyib: " Bütün ölkə boyu milyonluq iştirakı ilə "22 Dey Youmullahı"nı ərsəyə gətirən əziz İran xalqına təşəkkür etmək lazımdır. Şübhəsiz ki, ölkənin iftixar dolu tarixində "22 Dey Youmullahı" qürur və şərəflə dolu bir gün kimi qeyd olunacaq". 

O, əlavə edib: "1404-cü günəş ili "22 Dey" günü İran xalqının haqlı tələblərinə baxmayaraq, ayıq və şüurlu şəkildə səhnəyə daxil olaraq, möhtəşəm bir dastan yazdığı və bununla da əcnəbilərin daxili işlərimizə müdaxiləsinin qarşısını aldığı gün oldu". 

İslam Şurası Məclisinin sədri İran xalqına təşəkkür etməyi öz vəzifələri hesab edərək, bildirib: "Bu şanlı gün Allahın lütfü və əziz xalqımızın səyləri sayəsində əldə edildi və bu, belə şücaətli, bəsirətli və həmişə səhnədə olan bir millətə sahib olduğumuz üçün hamımıza bir nailiyyətdir". 

Qalibaf sözlərinə belə davam edib: "Bu şücaətli və agah millətin qarşısında ehtiramla baş əyirik və özümüzü onların üzləşdiyi iqtisadi və dolanışıq problemlərinin həlli üçün gecə-gündüz yorulmadan çalışmağa borclu hesab edirik və ümid edirik ki, bu böyük millətin, şəhidlərin və onların ailələrinin qarşısında həm bu dünyada, həm də axirətdə üzü ağ olacağıq".