Yan 13, 2026 14:36 Asia/Baku
  • İran xalqı güclü iştirakı ilə düşmənlərin məşum planlarına sarsıdıcı cavab verdi

İran İslam Respublikası prezidenti Məsud Pezeşkian bazar ertəsi günü Tehranda və İranın digər şəhərlərində son günlərdə baş verən iğtişaşları, terrorizmi və təxribatları pisləmək üçün keçirilən yürüşlərdə xalqın geniş iştirakını yüksək qiymətləndirib.

Məsud Pezeşkian bir müraciət ünvanlayaraq, bildirib: "Bu əzəmətli və möhtəşəm iştirak xalqa qarşı pis niyyətli olanların planlarını puça çıxardı və ölkənin varlığını qorumaq üçün milli qətiyyəti nümayiş etdirdi".

Pezeşkian əlavə edib: "Siz əzəmətli İran xalqı əlamətdar və heyrətləndirici iştirakınızla, həm ABŞ və sionist rejim və onların müttəfiqlərinin yolunu kəsdiniz, həm də hökumətin xalqa xidmət etmək əzmini gücləndirdiniz".

Prezident Pezeşkian sonda hörmətli İran xalqına dərin minnətdarlığını bildirib.