Müəzzəm Rəhbər İran-ABŞ razılığı ilə bağlı bəyanat yaydı
https://azeri.sahartv.ir/news/İran-i422930-müəzzəm_rəhbər_İran_abŞ_razılığı_ilə_bağlı_bəyanat_yaydı
İslam İnqilabının Rəhbərinin İran və Amerika prezidentləri arasında imzalanmış anlaşma memorandumu ilə bağlı İran xalqına ünvanladığı mesajın tam mətni
(last modified 2026-06-20T07:01:35+00:00 )
İyun 20, 2026 11:00 Asia/Baku
  • Müəzzəm Rəhbər İran-ABŞ razılığı ilə bağlı bəyanat yaydı

İslam İnqilabının Rəhbərinin İran və Amerika prezidentləri arasında imzalanmış anlaşma memorandumu ilə bağlı İran xalqına ünvanladığı mesajın tam mətni

Bağışlayan və mehriban Allahın adı ilə

İranın coşqun və vəfalı xalqı;Xəbərdar olduğunuz kimi, İran və Amerika prezidentləri arasında bir anlaşma memorandumu imzalandı. Bu mərhələyə çatmaq yolunda müvafiq məsul şəxslər, səmimi niyyətlə və xoşməramlılıqla çox böyük səylər göstərdilər. Əlbəttə ki, bunu etmək üçün çarəsizlikdən müxtəlif vasitələrə əl atan məhz Amerika prezidenti idi.

Mən əsaslar etibarilə fərqli bir mövqeyə malik idim, lakin möhtərəm prezidentin (Pezeşkianın) Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını qorumaq üçün özü və digər üzvlər adından mənə verdiyi öhdəliklərə və bu məsuliyyəti qəbul etdiyini açıq şəkildə bildirməsinə əsaslanaraq, buna icazə verdim.

O, həmçinin vurğulayıb ki, əgər Amerika tərəfi artıq tələblər irəli sürərsə, buna razı olmayacaqlar. Bu andan etibarən biz, yəni siz şərəfli xalq və bu kiçik xidmətçiniz, qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə baş tutacaq üzbəüz danışıqlar düşmənin fikrini qəbul etmək demək deyildir. Ümid edirik ki, İmam Zaman ağamızın (əc) xeyir-duası, şərəfli İran xalqı üçün müxtəlif qələbələr və zəfərlər gətirəcəkdir.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh 

Seyid Müctəba Hüseyni Xamenei 

18 iyun 2026 (28 Xordad 1405)