Pezeşkian:
İnqilab Rəhbərinin müraciəti, danışıqlar yolunda milli maraqların qorunmasının yol xəritəsidir
Öz mesajında Ali Rəhbərin göstərişləri və himayələrini yüksək qiymətləndirən İran prezidenti, o həzrətin müraciətinin, müzakirələrin geniş çərçivələrinin cızılması və aidiyyəti orqanların məsuliyyətlərinin bəyan edilməsindəki təyinedici roluna təkid edib.
Ölkə prezidentinin mesajında belə deyilir:
Ali Rəhbərin İranın şövqlü və sədaqətli xalqına xitabən verdikləri aydınlaşdırıcı və açıq müraciəti, qarşıdakı danışıqlar prosesində iştirak edəcək bütün təsirli şəxslərin məsuliyyətlərini bəyan etdi.
Zati-Alilərinin İran xalqı üçün mənfəətin asanlaşdırılması istiqamətində müzakirənin başlanmasına icazə vermələri və məsul şəxslərin ürəkyanan və xoşməramlı səylərinə dair ilhamverici diqqətləri, İran xalqının bütün xidmətçilərinin razılıq və məmnunluq mənbəyidir.
Təbiidir ki, mən, ölkə prezidenti və İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi, bu şuranın digər üzvləri ilə yanaşı, özümü, o həzrətin nigarançılıqlarına, həmçinin, İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunmasına maksimum diqqət göstərməyə borclu hesab edirəm.Şübhəsiz, məsul şəxslərin qırmızı xətti, milli mənafeyi, İranın rəşadətli xalqının izzəti, şərəfi və qüdrətini qorumaqdır.İranın müzakirə komandasının danışıqların detallarına olan maksimum diqqəti və Allah-Taalanın köməkliyi və lütfkarlığına ümid ilə, böyük qələbə əldə olunacaq. İnşaallah.