Fransa xarici işlər nazirinin İran xalqı haqqındakı bəyanatları nifaq və riyakarlığın zirvəsidir
https://azeri.sahartv.ir/news/İran-i422940-fransa_xarici_işlər_nazirinin_İran_xalqı_haqqındakı_bəyanatları_nifaq_və_riyakarlığın_zirvəsidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Fransa xarici işlər nazirinin İran xalqı ilə bağlı bəyanatlarını nifaqın zirvəsi adlandırıb.
(last modified 2026-06-20T10:28:00+00:00 )
İyun 20, 2026 14:27 Asia/Baku
  • Fransa xarici işlər nazirinin İran xalqı haqqındakı bəyanatları nifaq və riyakarlığın zirvəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Fransa xarici işlər nazirinin İran xalqı ilə bağlı bəyanatlarını nifaqın zirvəsi adlandırıb.

İsmayıl Bəqayi özünün "X"dəki səhifəsində Fransa xarici işlər nazirinə xitabən yazıb: "Cənab nazir, görünür riyakarlıq və nifaq bu günə qədər Fransanın siyasi mədəniyyətinin ən bariz xüsusiyyətlərindən biri olaraq qalıb. Bu, həmən rəzillikdir ki, Molyer 1664-cü ildə "Tartüf və ya Riyakar" pyesində onun barəsində haqlı olaraq, belə demişdi: "Riyakarlıq  artıq dəbə çevrilib'".

İran Xarici İşlər Nazirliyinin sözçüsü sözlərini belə davam etdirib:"Siz İran şəhərləri amansızca bombardman edilərkən, Minab, Tehran, Lamərd, İsfahan və digər yerlərdə günahsız iranlılar vəhşicəsinə qətlə yetirilərkən sükut etdiniz və əslində təcavüzkarlarla əlbir oldunuz. Bu gün isə rejiminizin siyasi mənafeləri naminə, birdən-bir vicdanınız səçici şəkildə oyandı və siz həyasızcasına iranlıların insan hüquqları haqqında nəsihətlər verməyə başladınız! Nə böyük nifaq və riyakarlıqdır!"