Bəqayi:
İran sazişi “öhdəlik qarşılığında öhdəlik” prinsipi əsasında icra edir
İyun 21, 2026 12:54 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü İslamabad Anlaşma Memorandumunun bəzi müddəalarının yerinə yetirməməsinə qarşı İranın yanaşması ilə bağlı suala cavab olaraq, bildirib:
“İran bu memorandumu bir neçə həftə davam edən çox gərgin danışıqlardan, beynəlxalq vasitəçilərin səyləri ilə aparılan nəfəs kəsən diplomatiyadan və Tehranın xoş niyyətini sübut etdikdən sonra və ən əsası mrydan gücünün təzahürü və milli dəstəyi ilə nəticəyə çatdırmışdır”.
Bəqayi əlavə edib: “İranın xarici siyasətinə hakim olan məntiq tamamilə aydındır: öhdəlik qarşılığında öhdəlik və addıma qarşı addım. Bu razılaşmanın davamlılığı qarşı tərəfin davranışından asılıdır”.