Kamalvəndi:
İranın nüvə sənayesi hərbi hücum, təxribat və və terrorla məhv edilməyəcək
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi MAQATE-nin 70-ci Baş Konfransında vurğulayıb ki, hərbi hücumlar, təxribatlar və ya terror aktları İranın möhkəm köklərə malik nüvə sənayesini məhv edə bilməz.
Bəhruz Kamalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 70-ci Baş Konfransında çıxışı zamanı bildirib: İranın nüvə sahəsindəki bilik və sənayesi dərin köklərə malikdir və hərbi hücumlar, təxribatlar və ya terrorla məhv edilə bilməz. O, vurğulayıb ki, İran təzyiqlərə boyun əyməyəcək və qanuni hüquqları çərçivəsində dinc nüvə fəaliyyətlərini davam etdirəcək.İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin Agentliyin İranın nüvə obyektlərinə hücum qarşısındakı susqunluğunu və bu qurumun baş direktorunun siyasi davranışını tənqid edərək bildirib: "BMT Nizamnaməsinin, Agentliyin Nizamnaməsinin və nüvə silahlarının yayılmaması rejiminin pozulması qarşısında ölkələrin susması bitərəfliyin göstəricisi deyil ".Kamalvəndi çıxışının digər hissəsində İranın nüvə sazişinə sadiqliyinə, ABŞ-nin bu sazişdən çıxmasına, həmçinin İranın elektrik enerjisi istehsalı və nüvə təbabəti sahəsindəki nailiyyətlərinə toxunub.