Küçələrdəki möhtəşəm iştirakı qoruyun
https://azeri.sahartv.ir/news/İran-i423112-küçələrdəki_möhtəşəm_iştirakı_qoruyun
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı İran xalqını birlik və həmrəyliyi qorumağa çağırıb.
(last modified 2026-09-16T14:32:28+00:00 )
Sen 16, 2026 18:29 Asia/Baku
  •  Küçələrdəki möhtəşəm iştirakı qoruyun

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı İran xalqını birlik və həmrəyliyi qorumağa çağırıb.

Briqda generalı Seyid Məcid Musəvi İran xalqının “Besət”inin 200-cü gecəsi ərəfəsində yazıb: “Sizi bütün sahələrdə müqəddəs birlik və həmrəyliyi qorumaqla küçələrdəki bu mövcudluğun əzəmətini qoruyub saxlamağa dəvət edirəm. Bu möhkəmlik qarşısında çaşqın və heyrət içində olan düşmənlər bu gün sizin əzəmətinizi etiraf edirlər, dünyanın hər yerindəki dostlar və azadə insanlar bu izzətə sevinir, haqqın zülm və imperializm üzərində yekun qələbəsinə ümid bəsləyirlər.”İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da bir mesajda bildirib: “ “məbus olunmuş” xalqın 200 gecəlik iştirakı sübut etdi ki, məğlub olan İran xalqının iradəsi deyil, təcavüzkarın illüziyasıdır.O əlavə edib: “İran xalqı göstərdi ki, təzyiqlər və fikir ayrılıqları 90 milyonluq xalqın ‘əziz İran’la möhkəm bağını sarsıda bilməz.”