İran Kəşfiyyat Nazirliyindən terrorçu ünsürlərə ağır zərbə.
Sen 20, 2026 17:36 Asia/Baku
İranın Kəşfiyyat Nazirliyi yaydığı bəyanatda ölkənin üç vilayətində terror qruplaşmalarına bağlı üç əməliyyat qrupunun müəyyən edilərək, zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlik bildirib ki, bu qrupların üzvləri terror aktları, sui-qəsdlər və iqtisadi infrastruktura qarşı təxribatlar törətməyi planlaşdırırdılar ki, təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində müəyyən ediliblər.Məlumata əsasən, bu şəbəkələrin bir sıra üzvləri öldürülüb, digərləri isə saxlanılıb.İran Kəşfiyyat Nazirliyi həmçinin bildirib ki, sözügedən qruplar xalqın verdiyi məlumatlar və kəşfiyyat tədbirləri nəticəsində müəyyən ediliblər.