Tehrandakı "Canfəda" təlimi geniş əks-səda doğurub:
"New York Post" yüz minlərlə iranlının iştirak etdiyini yazıb
Sen 20, 2026 18:38 Asia/Baku
Amerika-nın "New York Post" qəzeti Tehranda keçirilən "Canfəda-yi İran" təlimində yüz minlərlə insanın iştirak etdiyini və onların hərbi təlim keçirməyə və vətəni müdafiə etməyə hazır olduqlarını bildirib.
Amerika-nın "New York Post" qəzeti Tehranda keçirilən irimiqyaslı "Canfəda-yi İran" təlimi və toplaşması ilə bağlı hazırladığı reportajda, bu tədbiri fevral ayında müharibənin başlamasından bəri İranda baş verən ən genişmiqyaslı kütləvi toplaşmalardan biri kimi xarakterizə edib.Qəzetdə qeyd olunub ki, cümə günü yüz minlərlə insan Tehran küçələrinə çıxaraq, "Canfəda-yi İran" kampaniyası çərçivəsində hərbi təlim proqramlarında iştirak etməyə və ölkənin müdafiəsinə hazır olduqlarını bəyan ediblər.