Hörmüz boğazında daha bir MQ-1 tipli ABŞ PUA-sı vurulub
https://azeri.sahartv.ir/news/İran-i423198-hörmüz_boğazında_daha_bir_mq_1_tipli_abŞ_pua_sı_vurulub
ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatı Hürmüz boğazı üzərində SEPAH-ın müasir hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək, məhv edilib.
(last modified 2026-09-21T12:05:33+00:00 )
Sen 21, 2026 16:01 Asia/Baku
  • Hörmüz boğazında daha bir MQ-1 tipli ABŞ PUA-sı vurulub

ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatı Hürmüz boğazı üzərində SEPAH-ın müasir hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək, məhv edilib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib: Bir neçə dəqiqə əvvəl ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında olan SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni və qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən, ABŞ ordusuna məxsus daha bir MQ-1 tipli pilotsuz uçuş aparatı Hörmüz boğazının səmasında atəşə tutularaq məhv edilib.Bəyanata əsasən, Əfqanıstan səmasında 20 min saatı uçuş həyata keçirməsi və Amerikanın hərbi əməliyyatlarında rolu səbəbindən “Qəndəhar qəssabı” kimi tanınan bu pilotsuz uçuş aparatı bir neçə il əvvəl MQ-9 tipli PUA-larla əvəz edilərək, ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin döyüş tərkibindən çıxarılmışdı. Lakin, çox sayda MQ-9 PUA-sının məhv edilməsindən sonra Vaşinqton bu PUA-dan yenidən istifadə etmək məcburiyyətində qalıb. Bəyanata əsasən, hər iki tip pilotsuz uçuş aparatı SEPAH-ın yeni hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq, vurulur və məhv edilir.