Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırdı
https://azeri.sahartv.ir/news/İran-i423200-xarici_İşlər_nazirliyi_beynəlxalq_ictimaiyyəti_təcili_tədbir_görməyə_çağırdı
İran Xarici İşlər Nazirliyi sionist rejimin Qəzzə və İordan çayının qərb sahilində törətdiyi cinayətləri pisləyərək, fələstinlilərə qarşı soyqırımın dayandırılması üçün beynəlxalq ictimaiyyətin təcili tədbir görməsinin zəruriliyini vurğulayıb.
(last modified 2026-09-21T12:14:31+00:00 )
Sen 21, 2026 16:06 Asia/Baku
  • Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırdı

İran Xarici İşlər Nazirliyi sionist rejimin Qəzzə və İordan çayının qərb sahilində törətdiyi cinayətləri pisləyərək, fələstinlilərə qarşı soyqırımın dayandırılması üçün beynəlxalq ictimaiyyətin təcili tədbir görməsinin zəruriliyini vurğulayıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində bir bəyanat yayaraq, sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini, o cümlədən soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri davam etdirməsini kəskin şəkildə pisləyib.Bəyanatda, həmçinin sionist rejimin baş nazirinin Əl-Əqsa məscidinə son basqını və bu müqəddəs məkana və əl-Buraq divarına hörmətsizliyi də pislənilib. İran Xarici İşlər Nazirliyi ABŞ və bəzi Qərb ölkələrinin sionist rejimə silah, maliyyə və siyasi dəstəyinə toxunaraq, soyqırımın dərhal dayandırılmasına, Qəzzə əhalisinə humanitar yardımların çatdırılmasına, eləcə də cinayətlərin törədilməsində məsul şəxslərin mühakimə və cəzalandırılmasına çağırıb.Bəyanatda vurğulanıb ki, onilliklər ərzində davam edən işğal, qəsəbə salma siyasəti və fələstinlilərin hüquqlarının pozulması beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının nüfuzunu zəiflədib.İran həmçinin Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu müdafiə etməyin və işğala, aparteidə və müstəmləkəçiliyə son qoyulmasının zəruriliyini vurğulayıb.