Mərasim çərşənbə günü Qumda keçiriləcək
https://azeri.sahartv.ir/news/İran-i423202-mərasim_çərşənbə_günü_qumda_keçiriləcək
Həzrət Ayətullahül-üzma Şübeyri Zəncaninin ofisi bu alimin müşayiət və dəfn mərasiminin vaxtını və marşrutunu açıqlayıb.
(last modified 2026-09-21T15:05:21+00:00 )
Sen 21, 2026 16:14 Asia/Baku
  • Mərasim çərşənbə günü Qumda keçiriləcək

Həzrət Ayətullahül-üzma Şübeyri Zəncaninin ofisi bu alimin müşayiət və dəfn mərasiminin vaxtını və marşrutunu açıqlayıb.

Ayətullah Şübeyri Zəncaninin ofisi bildirib ki, o həzrətin müşayiət və dəf mərasimi çərşənbə günü səhər saat 9:00-da başlayacaq və o həzrətin cənazəsi İmam Həsən Əsgəri (ə) məscidindən Həzrət Fatimə Məsumənin (s.ə) müqəddəs hərəminə doğru müşayiət ediləcək.Müqəddəs hərəmdə müşayiət mərasimi başa çatdıqdan sonra Ayətullah Şübeyri Zəncaninin cənazəsi xanım Fatimeyi-Məsumənin (s) hərəminin yaxınlığında torpağa tapşırılacaq.Ayətullahül-üzma Şübeyri Zəncani şiə məzhəbinin təqlid mərcələrindən və Qum Dini Elmlər Hövzəsinin görkəmli alimlərindən biri olub. O, uzun illər tələbələrin tərbiyəsi və tədris ilə yanaşı, elmi və dini fəaliyyətlərlə də məşğul olub.