Ruttenin açıqlamaları Avropanın İrana qarşı müharibədə iştirakının etirafıdır
https://azeri.sahartv.ir/news/İran-i423278-ruttenin_açıqlamaları_avropanın_İrana_qarşı_müharibədə_iştirakının_etirafıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları Avropanın İrana qarşı müharibədə iştirakının etirafı deməkdir.
(last modified 2026-09-26T15:34:42+00:00 )
Sen 26, 2026 19:32 Asia/Baku
  •  Ruttenin açıqlamaları Avropanın İrana qarşı müharibədə iştirakının etirafıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları Avropanın İrana qarşı müharibədə iştirakının etirafı deməkdir.

İsmayıl Bəqayi "X" platformasında NATO-nun baş katibinin Avropa ölkələrinin və NATO üzvlərinin ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzündə geniş iştirakına dair açıqlamalarına münasibət bildirərək, yazıb: "NATO-nun baş katibi Mark Ruttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzə hazırlıq və onun həyata keçirilməsi üçün Avropada yerləşdirilmiş imkanlardan geniş şəkildə istifadə etməsi ilə bağlı açıqlamaları belə bir faktın açıq etirafıdır ki, Avropa, ABŞ və İsrailin İrana qarşı apardığı təcavüzkar müharibədə şüurlu və fəal şəkildə iştirak edib. Halbuki onlar müharibə boyunca bu məsələni dəfələrlə inkar ediblər".