İran Silahlı Qüvvələrinin sözçüsü:
Mümkün təcavüzə yeni texnologiyalarla cavab verəcəyik
İran Silahlı Qüvvələrinin baş sözçüsü sürprizlər hazırladıqlarını və hər hansı potensial hücuma yeni hərbi texnologiyalardan istifadə etməklə cavab verəcəklərini bəyan edib.
Silahlı Qüvvələrin baş sözçüsü briqada generalı Əbülfəzl Şekarçi bildirib ki, İranın Silahlı Qüvvələri İslam İnqilabından sonra ölkənin müdafiə doktrinasını klassik müharibədən asimetrik müharibəyə dəyişərək, döyüş qabiliyyətinin artırılması və müasir texnologiyalardan istifadəni qarşıya məqsəd qoyublar.O, "Müqəddəs Müdafiə" dövründə raket istehsalına başlandığına diqqət çəkərək, əlavə edib: “İran müdafiə ehtiyaclarını təmin etmək üçün başqalarından asılı vəziyyətdən, zəruri avadanlıqları təkbaşına istehsal etmək səviyyəsinə çatıb. Şekarçi həmçinin qeyd edib ki, İranın raket və pilotsuz uçuş aparatları keçmişə nisbətən daha müasir və daha güclüdürlər və İran Silahlı Qüvvələri hazırda çox yaxşı vəziyyətdədirlər. İran Silahlı Qüvvələrinin baş sözçüsü son təhdidlərə toxunaraq, deyib: «Düşmən üçün sürprizlərimiz var və mümkün təcavüzə yeni hərbi texnologiyalarla cavab verəcəyik».O, xalqın iştirakını ölkənin müdafiə qüdrətinin əsas dayaqlarından biri adlandırıb və Hörmüz boğazının idarəçiliyinin İranın əlində olduğunu bildirib.